Əfqanıstanda Hindistan konsulluğuna hücum: 1 ölü, 9 yaralı

Əfqanıstanda Hindistan konsulluğuna hücum: 1 ölü, 9 yaralı
21:24 4 Yanvar 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Məzari-Şərif şəhərində Hindistan konsulluğunun yaxınlığında naməlum silahlılar və əfqan polisi arasında atışma baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

“Pajhwok” xəbər agentliyinin məlumatına əsasən, hücumda azı 6 silahlı iştirak edib. Silahlıların yaxınlıqdakı binaların birində gizləndiyi bildirilir. Hazırda silahlıların zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

 

İnsidentə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR