Nurgül Yeşilçayı əvəzləyəcək qadın axtarılır

Nurgül Yeşilçayı əvəzləyəcək qadın axtarılır
22:17 4 Yanvar 2016
145 Maraqlı
Ölkə mətbuatı
A- A+

Aktrisa Nurgül Yeşilçay Türkiyənin "Star" telekanalında yayımlanan "Paramparça" serialının 52-ci bölümündən ayrılacağı üçün ssenaridə dəyişiklik edilib.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aktrisanın serialda oynayacağı son səhnələr artıq çəkilib.

Məlumata görə, Yeşilçay 52-ci bölümdə serialdan ayrılacaq və ondan sonra serialda uzun zaman keçdiyi göstəriləcək.

Erkan Petekkayanın canlandırdığı Cihan obrazı isə başqa bir qadını sevəcək. Cihanın sevəcəyi qadın obrazı üçün artıq axtarışa başlanılıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR