Türkmənistanda tapılan 2 neftçinin meyiti Bakıya gətirildi

Türkmənistanda tapılan 2 neftçinin meyiti Bakıya gətirildi
22:24 4 Yanvar 2016
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkmənistana yola düşən FHN-in təyyarəsi geri qayıdıb

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən daha ikisinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilib.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Lent.az-a verilən məlumatda bildirilir.

 

Məlumat daxil olduqdan sonra meyitlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb. Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri Vətənə gətirilib və aidiyyətı üzrə təhvil verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR