Messi rekordları qıra-qıra gedir (FOTO)

Messi rekordları qıra-qıra gedir (FOTO)
22:51 4 Yanvar 2016
67 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı yarımmüdafiəçilərin reytinq siyahısını dərc edib.

ANS PRESS-in məlumatına görə, “Barselona” klubunun hücumçusu Lionel Messi karyerası ərzində ilk dəfə ilin ən yaxşı yarımmüdafiəçi seçilib.

Messi 165 xal yığaraq komanda yoldaşı Andreas İnyestanı qabaqlayıb. İnyesta 91 xal toplayıb. “Nyork Siti”nin italiyalı ulduzu Andrea Pirlo 51 xalla 3-cü pillədədir.

4) Eden Azar (“Çelsi”, 22 xal)
5) Kevin Debruyne (“Volfsburq” və “Mançester Siti”, 22 xal)
6)Yaya Ture (“Mançester Siti” 13-xal)
7) Toni Kroos ("Real Madrid" 11- xal )
8) Luka Modriç ("Real Madrid" 11 -xal)
9) Hames Rodriges ("Real Madrid" 10-xal)
10) Xavyer Pastore (PSJ 10-xal )


Toni Kroos - futbolçu

Ötən il ən yaxşı yarımmüdafiəçi Toni Kroos seçilib. 6 il əvvəl isə “Barselona”nın futbolçusu Xavi seçilib. İnyesta isə 2012-2013-ci ildə bütün rəqiblərini qabaqlıyaraq 1-ci olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR