Bakıda yanğınlar olub

Bakıda yanğınlar olub
22:52 4 Yanvar 2016
34 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin 1 otağında taxtadan ibarət divar şkafında geyim əşyaları 3 kv.m sahədə yanıb. Mənzil yanğından mühafizə  olunub.

Yanğın saat 16:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış 3 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 146 kv.m olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 16 kv.m sahədə və eyvanında taxta konstruksiyadan ibarət şkaf 4 kv.m sahədə yanıb. Yüksək temperaturdan elektrik qızdırıcısı, plastik qapı və pəncərə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR