​Xəzərdə tapılan iki neftçinin cəsədi Azərbaycana gətirilib

​Xəzərdə tapılan iki neftçinin cəsədi Azərbaycana gətirilib
23:02 4 Yanvar 2016
102 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən və ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən daha iki nəfərin meyiti Vətənə gətirilib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb.
Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri aidiyyəti üzrə təhvil verilib.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/xezerde-tapilan-iki-neftcinin-cesedi-azerbaycana-getirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR