Vaxtı ilə ekzotik olan turizimi yerində görməyənlər (FOTO)

Vaxtı ilə ekzotik olan turizimi yerində görməyənlər (FOTO)
23:06 4 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin ilk günlərindən sərt üzünü göstərən hava şimalda da müşahidə olunub. Ölkədə ən çox qar düşən ərazilərdən biri də şimal bölgəsinin dağlıq əraziləridir.

Rayonun digər dağ kənd yolları ilə müqayisədə Qusarın qış turizm komplekslərinə gedən yol yaxşı vəziyyətdədir.

Bu sözləri deməyə, sən demə, tələsmişəm. Qış turizm komplekslərindəki otellərdən aldığım məlumata görə, qar yağması və yolların vaxtında təmizlənməməsi bura gələnlərin sayını azaltmasa da, elə artırmayıb da. İstirahət mekanlarindan verilən məlumata görə keçən ilin yanvar tətilində 1600 turist gəlibsə, bu il say nisbətən azdı.

Turistləri bu yerlərə cəlb edən isə çoxlu qar görmək həvəsi və xizək sürmə marağıdır. Bir vaxtlar Azərbaycan vətəndaşına xizək sürmə ekzotik istirahət kimi görünürdüsə, indi Qusarda və Qəbələdə tikilən qış turizm komplekslərinin hesabına vəziyyət dəyişməkdədir.

Kanat yollarla komplekslərin yuxarı hissəsinə çıxarkən çəkiliş qrupumuz 2100 metr hündürlükdən üzü aşağı sürüşən xeyli sayda yerli turisti görə bildi.

Qusarın dəniz səviyyəsindən 2100 metr hündürlükdə yerləşən ərazisində 2 metrdən çox qar var. Üstəlik, qış turizm kompleksində sıxılmış qarı da nəzərə alsaq, burda 2 metrdən çox qar var. Havanın temperaturu isə 15 dərəcə şaxtaya çatır

Operatorumuz Rəşad xizəksürmə zonasında günün batmasını videolentə almaqla yanaşı, xizək sürməyi təzəcə öyrənən, tez-tez yıxılan turistləri də çəkə bilib.

Xizək təlimçisinin sözlərinə görə, ölkəmizdə xizək sürməyi yaxşı bacaran idmançılarımız azdı, yaxşı bacarmayanlara isə onun tövsiyəsi belədi: "Onlar təlimatçısız yıxıla bilərlər, məsləhət görmürəm ki, təlimatçısız xizək sürsünlər".

Qusarın qış turizm komplekslərində turizmin bu növünü ölkəmiz üçün perspektivli sayırlar.

Xizək sürmək istəyən yerli və xarici turistləri cəlb etməkdə maraqlı olan Qış turizim komlkeksərinin nümayəndələri bu ilki azalmanın səbəbini qışın daha çox qarlı-şaxtalı olması, magistral yolların vaxtında qardan təmizlənməməsi ilə əlaqəndirirlər. Buna görə, ölkəmiz üçün indi ekzotikliyi arxada qalan bu turizim növünü inkişaf etdirmək üçün xidmət strukturlarının fəaliyəti gücləndirilməli, maddi-texniki bazası artırılmalıdır.















Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=368862

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR