FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 28-ci beynəlxalq turnirdə iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ilk oyununa çıxıb. Fanat.az xəbər verir ki, Təbriz Həsənovun çalışdırdığı komandamız startda Latviya ilə üz-üzə gəlib.
Qeyd edək ki, Sankt-Peterburqda, “Peterburqski” İdman-Konsert Kompleksində baş tutacaq görüşdə millimiz Latviyanın U-19 komandasına qarşı mübarizə aparıb. Özündən böyüklərə qarşı mübarizə aparmasına baxmayaraq, görüşdə hesabı məhz millimizin üzvləri açıblar. Amma futbolçularımız ilk yarının sonlarında penaltidən buraxılan qolla üstünlüyü əldən veriblər. Nəticədə, ikinci yarıda başqa qol vurulmadığından, matç sülhlə başa çatıb.
Bu gün qrupumuzdakı digər oyunda Bolqarıstanla Sloveniya qarşılaşıb. Sloveniyalılar 4:1 hesabıyla qalib gəliblər.
C qrupu
4 yanvar
Azərbaycan - Latviya 1:1
Qollar: P.Mehdiyev, 40 - R.Uldrikis, 45-pen.
Azərbaycan: 1. Murad Popov, 2. Hüseyn Seyliqli, 3. Ricat Qarayev, 4. Yusif Həsənov, 5. Elçin Əsədov (k), 7. Fərid Nəbiyev, 8. Mətin Gülər, 9. Öksüz Doğukan, 10. Pilağa Mehdiyev, 11. Murad Mahmudov, 12. Kamran İbrahimov, 15. Ceyhun Muxtarlı.
Ehtiyat oyunçular: 6. İbrahim Qədirzadə, 14. Bahadur Həziyev, 16. Süleyman Əhmədov, 17. Arzuman Rizvanov, 18. Cem Murat, 19. Aslan Bədəlzadə, 20. İsmayıl Babayev, 22. Şahin Zəkiyev.
Baş məşqçi: Təbriz Həsənov.
Fanat.az