Nə sünnət mərasimidir, nə də ad günü... - VİDEO

Nə sünnət mərasimidir, nə də ad günü... - VİDEO
23:37 4 Yanvar 2016
72 Digər
Ölkə mətbuatı
A- A+

Qazax sakini niyyət edib söz verərkən bir daha düşünməyin əhəmiyyətini göstərən hadisə yaşayıb. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, o, yaradandan oğul istəyərək olsa saçını kəsdirməyəcəyinə niyyət edib. Bir müddət sonra oğlu olub və o verdiyi sözü düz 7 il tutub. Bir müddət əvvəl ata, 7 yaşı tamam olan oğlunun saçını xüsusi mərasimlə kəsdirməli olub. Uzun saçdan azad olan uşağın sevincini görməyə dəyər.

Nə sünnət mərasimidir, nə də ad günü. Oğlunun saçını kəsdirdiyi üçün ziyafət təşkil edib. Qeyri-adi hadisə Qazaxda baş verib. Oruc Əliyev 7 yaşınadək bərbərə aparmadığı oğlunun saçını şənlik təşkil edərək kəsdirib.

Oruc Əliyevin eşidənləri təəccübləndirən təşəbbüsünə verdiyi bir söz səbəb olub. O, oğlu olarsa saçını uzadacağına niyyət edib. Bu səbəbdən də ilk övladı olan Novruz Əliyevi 7 il ərzində nə bərbərə aparıb, nə də evdə özü saçına müdaxilə edib.

Oruc Əliyev qohum-əqrabanın oğlunun uzun saç saxlamasına qarşı çıxdığını, lakin onu fikrindən daşındıra bilmədiklərini deyir. Bəzən məktəb yoldaşları da iradlarını bildiriblər. Oruc Əliyev oğlunun 7 yaşı tamam olan gün şənlik təşkil edib və bərbər musiqi sədaları altında uşağın saçını kəsib. Uzun saçlardan azad olan Novruz indi özünü daha rahat hiss etdiyini deyir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR