"Rəqib boy üstünlüyündən faydalanırdı" - Təbriz Həsənov

"Rəqib boy üstünlüyündən faydalanırdı" -   Təbriz Həsənov
23:42 4 Yanvar 2016
20 İdman
Ölkə mətbuatı
A- A+

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə bu gün keçirilmiş Azərbaycan U-17 - Latviya U-19 oyunundan (1:1) sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

 

Aleksandr Basov (Latviya yığmasının baş məşqçisi): “Turnirdə ilk oyunumuz olduğu üçün komandada müəyyən qədər həyəcan var idi. Düşünürəm ki, bərabər səviyyəli oyun oldu. Lakin qarşılaşmanın sonunda Azərbaycan yığması qələbə qolunu vura bilərdi. Qol buraxmağımızı nəzərə almasaq, ümumilikdə komandamdan razı qaldım”.


Təbriz Həsənov (Azərbaycan yığmasının baş məşqçisi): “Hər iki komanda qələbə qazana bilərdi. Sonda qol vurmaq üçün həm bizim, həm də rəqibin şansı oldu. Rəqib futbolçular boy üstünlüyündən faydalanırdı. Birinci oyunlarda hər zaman həyəcan, gərginlik olur. Digər tərəfdən, futbolçularımız ilk dəfədi ki, belə turnirdə iştirak edirlər. Növbəti oyunda daha yaxşı çıxış edəcəyik”.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrqib-boy-ustunluyundn-faydalanrdquot-t46574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR