Kabil hava limanında növbəti partlayış: 30 yaralı

Kabil hava limanında növbəti partlayış: 30 yaralı
23:59 4 Yanvar 2016
25 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabilin hava limanı yaxınlığında sutka ərzində ikinci partlayış baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, insident nəticəsində azı 30 nəfər yaralanıb.

 

Partlayışlara görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb. Terrorçular yaydıqları açıqlamada xarici vətəndaşlar da daxil olmaqla, onlarla ölən və yaralananların olduğunu israr edirlər.

 

Rəsmi məlumata əsasən, partlayıcı qurğu hava limanının yaxınlığında saxlanılan avtomobildə quraşdırılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227466

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR