Mağazalarda səsgücləndiricilərdən istifadə düzgündürmü? - VİDEO

Mağazalarda səsgücləndiricilərdən istifadə düzgündürmü? - VİDEO
00:05 5 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Audio-video disklərin satıldığı bəzi mağazalar müştəri cəlb etmək üçün səsgücləndiricilərdən istifadə edirlər. Bu isə ətrafda yaşayan vətəndaşların istirahətinə mane olur. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, belə mənzərəyə şəhərin bir çox yerlərində rast gəlinir. Halbuki, bu cür hallara görə qanunvericlikdə sərt cəza tədbirləri nəzərdə tutulub.

Müştərilərin diqqətini cəlb etmək üçün Səsgücləndiricidən istifadə edirlər. Yaxınlığda isə yaşayış binası var. Belə mənzərəyə bir çox yerdə rast gəlmək mümkündür. Hətta video və audio disklərin satış mağazaları yaşayış binalarının altında yaxud bir neçə metrliyində fəaliyyət göstərir.

Bəzi hallarda isə belə səs-küy gecə vaxtlarınadək davam edir. bu səs küyə səbəb olan mağaza sahibləri yaxud onları işlədən şəxslərin də mövqeyini öyrənməyə çalışdıq. amma onların hamısı bir mənalı olaraq açıqlama verməkdən imtina etdilər.

Əslində isə insanların istirahətini pozan bu cür hərəkətlərə görə qanunvericlikdə konkret cəzalar nəzərdə tutulub. bunun tətbiqi üçün ətrafda yaşayan sakinlərin müvafiq qurumlara müraciəti yetərlidir. İnzibati xətanın xarekterindən asılı olaraq bir dəfə cəza alan mağaza sahibi növbəti dəfə qanun pozuntusuna yol verdikdə inzibati həbslə cəzalandırılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR