"Xoşbəxt yaşamağa ümidim olub" - fotosessiya

"Xoşbəxt yaşamağa ümidim olub" - fotosessiya
00:06 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Müğənni-aktrisa Cennifer Lopez “İnStyle” jurnalı üçün fotosessiya etdirib.

Axşam.az “Dailymail”ə istinadən xəbər verir ki, 46 yaşlı ifaçı dərgiyə müsahibəsində arzularından danışıb. Əsasən ağ-qara geyimlərdə obyektiv qarşısına keçən Cey Lo hər zaman “ağ atlı şahzadə”sini gözlədiyini deyib:

“Bütün qızlar kimi gənc yaşlarımdan mənə xoşbəxtlik gətirəcək insanı gözləmişəm. Mənim də, sadəcə olaraq, xoşbəxt yaşamağa ümidim olub. İndiyədək görüşdüyüm bütün kişilərə onunla həyatımı keçirə biləcəyim biri kimi yanaşmışam. Ancaq sonra dərk edirsən ki, insan sadəcə öz xoşbəxtliyini yaşamalıdır. Bütün bu münasibətlər isə mənim üçün xoş səyahətə çevrilib”.




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR