​KİV: "Çində qadın təyyarədən aşağı tullanmaq istəyib"

​KİV: "Çində qadın təyyarədən aşağı tullanmaq istəyib"
00:37 5 Yanvar 2016
33 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 4 yanvar. REPORT.AZ/ Pekinin "Capital Airlines" aviaşirkətinin Çanşa şəhərindən Sanya məntəqəsinə uçan təyyarəsinin qadın sərnişini uçuş zamanı qəza çıxışından aşağı tullanmaq istəyib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri yazıb.
Çin mətbuatının məlumatına görə, qadın təyyarədən atılaraq intihar etmək qərarına gəlib. Təyyarənin heyət üzvləri onu dayandırmaq istədikdə, iki digər sərnişin qadının müdafiəsinə qalxıb və dava düşüb. Lakin insidentə baxmayaraq, təyyarə uğurla təyinat məntəqəsinə eniş edib.
İnsidentin günahkarları ictimai təhlükəsizlik təhdidləri əsasında həbsə alınıb, işin təfərrüatları araşdırılır.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/ki-v-cinde-qadin-teyyareden-asagi-tullanmaq-isteyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR