Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək

Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək
00:54 5 Yanvar 2016
31 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 10-da Misirin paytaxtı Qahirədə Səudiyyə Ərəbistanı-İran münasibətlərindəki böhranla əlaqədar Ərəb Ölkələri Liqasının fövqəladə iclası keçiriləcək.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ərəb Ölkələri Liqasının baş katibinin müavini Əhməd Ben Helli bəyan edib.

 

“Liqanın xarici işlər nazirlərinin  Şurası rəsmi Ər-Riyadın müraciətinə əsasən növbədənkənar fövqəladə iclas çağırıb. Görüşdə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğunun hücuma məruz qalması, həmçinin İranın ərəb ölkələrinin daxili işlərinə qarışması pislənəcək”, deyə Əhməd Ben Helli bildirib.

 

Qeyd edək ki, ötən gün Ərəb Dövlətləri Liqasının baş katibi Nabil Əl-Ərəbi Iranda baş vermiş insidenti pisləyib, Səudiyyə Ərəbistanının diplomatik missiyalarına hücumu beynəlxalq normaların kobud şəkildə pozulması kimi qiymətləndirib. O qeyd edib ki, İran hökuməti Vyana konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin mühafizəsinə dair məsuliyyət daşıyır.  Nabil Əl-Ərəbi həmçinin İranı Ərəb ölkələrinin daxili işlərinə qarışmamağa çağırıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR