PFL 9 kluba qadağa qoydu: Transfer edə bilməyəcəklər!

PFL 9 kluba qadağa qoydu:  Transfer edə bilməyəcəklər!
01:59 5 Yanvar 2016
30 İdman
Ölkə mətbuatı
A- A+

Peşəkar Futbol Liqası Topaz Premyer Liqasından çıxış edən 9 kluba transfer qadağası qoyub. Apasport.az saytının məlumatına görə, bu barədə qurumun prezidenti Ramin Musayev açıqlama verib.

 

“Xəzər” TV-də “Futbol saatı” proqramında qonaq olan PFL prezidenti bildirib ki, klublar onlara olan borclarını ödmədikləri üçün müəyyən cəza tədbirləri nəzərdə tutulub. İlkin olaraq, borcunu ödəməyən klublara qış transfer pəncərəsi zamanı oyunçu almağa icazə verilməyəcək.

 

PFL rəsmisi qeyd edib ki, hazırda “Qarabağ”dan başqa bütün klubların borcu var və bu cəza onların hər birinə aiddi.

 

Qeyd edək ki, Ramin Musayev bir neçə gün öncə apasport.az saytına verdiyi müsahibəsində də bildirmişdi ki, borcu olan klublar üçün bəzi cəza tədbirləri görəcəklər. Belə cəzalardan biri də borclu komandanın xalının silinməsidi ki, əgər yenə ödənişlər edilməsə, bu dəfə ikinci cəza növü kimi bu variantdan istifadə ediləcək.
 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR