Rusiya Ukrayna mallarının tranzitini dayandırdı

Rusiya Ukrayna mallarının tranzitini dayandırdı
02:44 5 Yanvar 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. APA-nın məlumatına görə, bu barədə Ukraynanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin saytı xəbər verib.

 

Məlumata əsasən, yanvarın 4-də Rusiya Federasiyası öz ərazisindən Ukrayna mallarının tranzitini tamamilə dayandırıb. “Bununla Rusiya tərəfi öz öhdəliklərini, o cümlədən, Ümumdünya Ticarət Təşkilatı və Azad Ticarət Zonası haqqında Müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozub", nazirliyin məlumatında vurğulanır.

 

RİA Novosti agentliyinin xəbərinə görə, Rusiya Federal Gömrük Xidmətinin nümayəndəsi Ukrayna tərəfinin bəyanatını şərh etməkdən imtina edib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR