Suriya müxalifəti: İranla bütün əlaqələr kəsilməlidir

Suriya müxalifəti: İranla bütün əlaqələr kəsilməlidir
03:49 5 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

Suriya müxalifəti bütün ərəb ölkələrini İranla əlaqələri kəsməyə çağırıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya müxalifəti və inqilab qüvvələrin Milli Koalisiyası bəyan edib.

 

Suriya müxalifəti rəsmi Ər-Riyadın İranla diplomatik münasibətləri kəsmək qərarını dəstəkləyərək bütün ərəb və islam dövlətlərini eyni addım atmağa səsləyib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və İran Suriyada münaqişənin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçısıdırlar. İran Suriya hökumətini, Səudiyyə Ərəbistanı isə Bəşər Əsəd rejiminə qarşı çıxanları dəstəkləyir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227474

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR