Rəsmi Riyad İrana qarşı yeni qərarlar qəbul etdi

Rəsmi Riyad İrana qarşı yeni qərarlar qəbul etdi
04:01 5 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Şiə din xadimi Nimr Baqir ən Nimrin Edam edilməsi ilə Səudiyyə Ərəbistanı ilə İran arasında başlayan gərginlik hər gün bir az daha çoxalır. ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı İrana qarşı bəzi qərarlar qəbul edib. Bu barədə S. Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr “Reuters”ə verdiyi açıqlamada danışıb.

Nazir, Səudiyyə Ərəbistanı vətəndaşlarının İrana səyahət etməsinin yasaqlandığını, ölkələr arasında təyyarə uçuşlarının ikitərəfli dayandırıldığını və bu ölkə ilə hər cür ticari münasibətlərin dayandırıldığını bildirib. Nazir həmçinin Həc ziyarətinə getmək istəyən iranlı zəvvarlar üçün hər hansı bir məhdudiyyət olmadığını da deyib.

“Ərəb Liqası” Səudiyyə Ərəbistanının tələbi ilə İranda ölkəsinin səfirlik və konsulluq binalarına qarşı hücunları pisləmək üçün bazar günü üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirəcəyini bildirib.

“Baş katiblik Səudiyyə Ərəbistanının tələbi ilə, İrandakı səfirlik və konsulluq binalarına törədilən hücumları və İranın ərəb ölkələrinin daxili işlərinə müdaxiləsinin pislənməsi üçün bazar günü xarici işlər nazirləri səviyyəsində fövqəladə iclas keçirməyi qərarlaşdırıb.” – deyə liqanın baş katibinin müavini Əhməd bin Hilli açıqlamasında bildirib.

Misir ərəb respublikası da Səudiyyə Ərəbistanına dəstəyini açıqlayıb. Misir Xarici İşlər Nazirliyinin məruzəçisi Əhməd əbu Zeyd rəsmi Qahirənin, körfəz ölkələrinin təhlükəsizliyi üçün yaranacaq problem zamanı Səudiyyə Ərəbistanının tərəfində olacağını açıqlayıb.

BMT isə tərəfləri ölçülü hərəkət etməyə çağırıb. BMT-nin baş katibi Ban Ki Mun hər iki ölkənin xarici işlər nazirləri ilə telefonla danışıb.

BMT mətbuat xidmətinin verdiyi açıqlamaya görə, İranın xarici işlər naziri Zavad Zəriflə danışan baş katib Səudiyyə Ərəbistanındakı edamlar barədə fikirlərini açıqlayıb. Həmçinin baş katib İrandakı Səudiyyə Ərəbistanı səfirliyinə qarşı törədilən hücumları pisləyib, ölkədəki səfirliklərin və diplomatların mühafizəsi üçün lazımlı tədbirlər görməyi tələb edib.

Baş katib Ban Ki Mun daha sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyrlə də danışaraq Nimrin edamı barədə fikirlərini açıqlayıb. BMT baş katibi daha əvvəl Səud rəsmiləri ilə bu barədə apardığı danışıqlara baxmayaraq Nimr əl Nimrin də olduğu 47 nəfərin edam edilməsinə görə təəssüfləndiyini vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368872

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR