ABŞ “Volkswagen”i məhkəməyə verdi

ABŞ “Volkswagen”i məhkəməyə verdi
04:39 5 Yanvar 2016
22 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Ədliyyə nazirliyi “Volkswagen” avtomobil konsernini ekoloji qanunvericiliyin pozulması ilə əlaqədar məhkəməyə verib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, günahı sübuta yetirildiyi halda “Volkswagen” bir neçə milyard dollar məbləğində cərimə ödəməli olacaq.

 

Məlum olduğu kimi, konsern rəhbərliyinin “dizel qalmaqalı” başlamazdan əvvəl avtomobillərə quraşdırılan proqram təminatında çirkləndirici maddələrə (tullantılar) dair saxta göstəricilərdən xəbəri olub.

 

Qeyd edək ki,  Avropanın ən böyük avtomobil konserninin idarə heyətinin sədri Martin Vinterkorn sentyabrda istefa verib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR