Misir ordusu 50-dən çox terrorçunu məhv etdi

Misir ordusu 50-dən çox terrorçunu məhv etdi
05:04 5 Yanvar 2016
26 Dünya
Ölkə mətbuatı
A- A+

Misir ordusunun Sinay yarımadasında keçirdiyi xüsusi əməliyyat nəticəsində 50-dən çox “Vilayət Sina” qruplaşmasının silahlısı məhv edilib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyata quru qoşunlarla yanaşı hərbi təyyarə və helikopterlər cəlb edilib.

 

Sinay yarımadasında əməliyyat üç gündür ki, davam edir. Yanvarın 2-də hərbi mənbələr 40 terrorçunun məhv edildiyini, 15-in isə yaralandığını bildirib.

 

Xatırladaq ki, “Vilayət Sina” – İŞİD qruplaşmasının Sinay yarımadasındakı qolu hesab edilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR