Bakı, 5 yanvar, AZƏRTAC
“Amrahbank” ASC “MasterCard” kartlarının sahiblərinə yeni “MasterCard Money Send” beynəlxalq pul köçürməsi xidmətini təqdim edır.
Bankdan AZƏRTAC-a bildiriblər ki, artıq “Amrahbank”ın “MasterCard Standard”, “MasterCard Gold”, “MasterCard Platinum” və “Maestro” kart sahibləri həm Azərbaycan, həm də bir sıra digər ölkələrin banklarının “MasterCard” beynəlxalq ödəniş sisteminin kartlarına asanlıqla pul köçürə bilərlər. Müştərilər “MasterCard Money Send” beynəlxalq pul köçürməsi xidməti vasitəsilə kartdan-karta pul köçürməsi üçün istənilən vaxt bankın filiallarına yaxınlaşmadan bankomat şəbəkədən istifadə edərək xidmətdən yararlana bilərlər.
“MasterCard MoneySend” beynəlxalq pul köçürmələri Albaniya, Polşa, Macarıstan, Rumıniya, İsrail, Belarus, Rusiya, Qazaxıstan, Serbiya, Bosniya və Hersoqovina, Bolqarıstan, Makedoniya, Sloveniya, Slovakiya, Xorvatiya, Malta, Türkiyə, Kipr, Moldova, Ukrayna, Çex Respublikası, Monteneqro, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və ABŞ ərazisində yerləşən bankların “MasterCard” və “Maestro” kartlarını, həmçinin Azərbaycanda fəaliyyət göstərən bütün bankların "MasterCard" və "Maestro" kartlarını əhatə edir.