İran günahkarların cəzalandırılacağını vəd etdi

İran günahkarların cəzalandırılacağını vəd etdi
07:09 5 Yanvar 2016
42 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə basqınla əlaqədar 40 nəfər saxlanılıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Qulaməli Xoşru qurumun baş katibinə ünvanlandığı məktubda yazıb.

 

“İran İslam Respublikası gələcəkdə bu cür  xoşagəlməz hadisələrin qarşısının alınması üçün bütün tədbirləri görəcək”, Q.Xoşru yazıb.

 

İranın BMT-dəki daimi nümayəndəsi həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanının diplomatik missiyalarının mühafizəsi gücləndirilib, səfirliyə hücum edən 40 nəfər saxlanılıb. “Hadisə ilə bağlı araşdırmalar aparılır. Digər qanun pozucularının şəxsiyyətinin müəyyən edilməsi və barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün tədbirlər görülür”, məktubda vurğulanır.

 

Qulaməli Xoşru bildirib ki, hadisə ilə bağlı İran dərin təəssüf hissi keçirir və günahkarların cinayət məsuliyyətinə cəlb edilməsi üçün səylərini əsirgəməyəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR