Bakıda yanğınlar olub

Bakıda yanğınlar olub
07:27 5 Yanvar 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 40 kv.m olan taxta konstruksiyadan ibarət talvarın yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyadan ibarət tikilinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları yanıb. Bitişik yataqxana binası yanğından mühafizə olunub. Yanğın saat 00:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR