İki avtomobil toqquşub, xəsarət alan var

İki avtomobil toqquşub, xəsarət alan var
07:32 5 Yanvar 2016
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax-Ağdam yolunun 20-ci kilometrliyində "Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nəticədə, "Mercedes" markalı minik avtomobilində 1 nəfər xəsarət almış və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı avtomobildən çıxarıb və Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Əməliyyat saat 20:55-də başa çatıb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR