"Sumqayıt" komandası üç yoxlama oyununda qüvvəsini sınayacaq

"Sumqayıt" komandası üç yoxlama oyununda qüvvəsini sınayacaq
08:08 5 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
“Sumqayıt” futbol klubu Topaz Premyer Liqasının III dövrəsi üçün hazırlıqlara yanvarın 5-də start verəcək.
Klubdan AZƏRTAC-a bildiriblər ki, “Sumqayıt” yeni ildə "Kapital Bank Arena"da ilk məşqinə çıxacaq.
Komanda hazırlıq prosesinin birinci mərhələsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Bu oyunlardan ikisinin keçirilmə tarixi artıq məlumdur. Sumqayıt futbolçuları yanvarın 9-da doğma meydanda “Şərurspor”u qəbul edəcəklər. Həmçinin komanda həmin gün səfərdə AZAL ilə də qarşılaşacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotSumqayit_quot_komandasi_uch_yoxlama_oyununda_quvvesini_sinayacaq-916079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR