İrana qarşı sanksiyalar yanvarda aradan qaldırıla bilər

İrana qarşı sanksiyalar yanvarda aradan qaldırıla bilər
08:12 5 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya İrana qarşı sanksiyaların tezliklə aradan qaldırılmasını istisna etmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya XİN-in nümayəndəsi bildirib.
 
"Rəsmi Tehran nüvə razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirsə, beynəlxalq sanksiyalar artıq yanvarda aradan qaldırıla bilər. Artıq bu tarix yaxınlaşmaqdadır", deyə   Almaniya XİN nümayəndəsi vurğulayıb.
 
Bununla belə, Almaniyanın Sənaye Ticarət Palataları İttifaqının (DIHK) rəhbəri Folker Trayer bildirib ki, İranla Səudiyyə Ərəbistanı arasında baş verən son qalmaqal rəsmi Tehrana qarşı sanksiyaların aradan qaldırılması prosesinə əngəl törədə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395258.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR