Zidandan ilk açıqlama

Zidandan ilk açıqlama
09:27 5 Yanvar 2016
34 İdman
Ölkə mətbuatı
A- A+

"Beniteslə yolları ayırmaq mənim üçün çətin qərar oldu. Ona komandadakı xidmətlərinə görə təşəkkür edirəm. Yeni baş məşqçimiz futbol dünyasının ən önəmli fiqurlarından biri olan Zidandır".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Real"ın prezidenti Florentino Peres deyib.

"Real"ın yeni baş məşqçisi təyin olunan Zidan haqda xoş sözlər söyləyən Perez onun uğur qazanacağına inandığını bildirib: "Zidan komandanın bir parçası olmanın nə demək olduğunu yaxşı bilir. Karyerası ərzində bir sıra çətinliklərin öhdəsindən gəlib. Ona dəstəyimiz və inamımız tamdır".
 
Madrid klubunun baş məşqçi vəzifəsinə təyinatına münasibət bildirən Zinəddin Zidan isə bunları bildirib: "Mənim üçün çox önəmli bir gündür. Bu klub üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Oyunçu olaraq bu kluba ayaq basdığım ilk gündən "Real"ın böyük komanda olduğunu bilirəm. Dünyanın ən yaxşı azarkeşi və komandasına sahibik. Qələbələr qazanmaq üçün ürəyimi qoyacam". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR