Rusiyada Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstənin üzvlərinə hökm oxunub

16:12 30 Dekabr 2014
86 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 16:07 ]

Moskva. Fərid Əkbərov - APA. Rusiyada azərbaycanlı iş adamlarına qarşı sui-qəsddə təqsirləndirilən cinayətkar dəstə üzvlərinə hökm oxunub.

APA-nın Rusiya bürosu xəbər verir ki, Novosibirsk Vilayət Məhkəməsində 9 nəfər Azərbaycan vətəndaşlarından ibarət dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Məhkəmə azərbaycanlıları sui-qəsd, quldurluq, adam oğurluğu, qəsdən sağlamlığa ağır zərər vurma, qanunsuz silah gəzdirmə maddələri ilə təqsirli bilərək barələrində 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verib.
 

İstintaq məlumatına görə, 2010-cu ildə Azərbaycan vətəndaşları mütəşəkkil cinayətkar qrup yaradıblar. Cinayətkar qrup hədəf kimi sahibkarlıqla məşğul olan həmyerliləri seçib.

 

Qeyd edək ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirlər nəticəsində cinayətkar dəstənin 6 üzvü 2012-ci ilin mayında Moskva və Novosibirskdə yaxalanıb. Digərləri isə 2013-cü ildə yaxalanaraq istintaqa təhvil veriliblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR