“Neftçi” futbol klubu üç yoxlama oyunu keçirəcək

10:03 5 Yanvar 2016
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
“Neftçi” futbol klubu Topaz Premyer Liqasının ikinci hissəsinin hazırlığına yanvarın 5-də start verir.
Klubdan AZƏRTAC-a bildiriblər ki, iki gün tibbi müayinədən keçəcək komanda üzvləri yanvarın 7-də məşqlərə başlayacaq. Klubun təlim-məşq bazası, “Bakcell Arena” və Bakı Olimpiya Stadionunda təşkil olunacaq təlim-məşq toplanışı müddətində komanda 3 yoxlama oyunu keçirməyi planlaşdırır. “Neftçi”nin yoxlama oyunları yanvarın 14, 19 və 23-də “Bakcell Arena”da təşkil olunacaq.
Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının üçüncü dövrəsindəki ilk oyununu yanvarın 30-da “Bakcell Arena”da “Sumqayıt” klubunu qarşı keçirəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR