​MSK siyasi partiyaların illik maliyyə hesabatlarını qəbul etməyə başlayıb

10:07 5 Yanvar 2016
10 Ölkə
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, MSK təqdim etməlidirlər.
Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.
Qeyd edək ki, Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yanlız 51-i 2014-cü il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 4 partiya - Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyası hesabat verməyib. Həmin partiyalar barəsində hər hansı cəza tədbiri görülməyib.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/msk-siyasi-partiyalarin-illik-maliyye-hesabatlarini-qebul-etmeye-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR