Venesuela hakimiyyəti fövqəladə iqtisadi tədbirlər həyata keçirəcək

Venesuela hakimiyyəti fövqəladə iqtisadi tədbirlər həyata keçirəcək
10:13 5 Yanvar 2016
20 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Yaxın zamanda Venesuelada fövqəladə iqtisadi tədbirlər həyata keçiriləcək. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.
O, hökumətin iqtisadi blokunda dəyişikliklərin gözlənildiyini bildirib: "Yaxın saatlarda iqtisadi sahədə tədbirlərin qəbul edilməsi və baxılması üçün fövqəladə planı işə salacağıq. Bu, özündə milli, regional və lokal miqyasda məhsuldar iqtisadiyyatın yaradılmasını ehtiva edir. Bu tədbirlərin məqsədi istehsal, məhsul paylanması, onların satışı və qiymətin nizamlanması kimi fundamental göstəricilərin artırılmasıdır".
Nefin qiymətinin aşağı olması fonunda 2015-ci ilin dekabrında hazırlanan plan barədə əlavə heç bir məlumat məlum deyil. Bu plan ölkənin Milli Assambleyasına təqdim olunacaq.
Yeri gəlmişkən, N.Maduro parlamenti bu tədbirləri boykot etməməyə çağırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/venesuela-hakimiyyeti-fovqelade-iqtisadi-tedbirler-heyata-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR