Kasilyas Zidanın arzusunu ürəyində qoydu

Kasilyas Zidanın arzusunu ürəyində qoydu
10:27 5 Yanvar 2016
43 İdman
Ölkə mətbuatı
A- A+

Madrid "Real"ının yeni baş məşqçisi Zinəddin Zidan komandanın sabiq qapıçısı İker Kasilyası geri qaytarmaq arzusundadır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fransalı çalışdırıcı təcrübəli qolkiperlə danışığa başlayıb.

Zidan Kasilyasa onu "Real"da görmək istədiyini desə də, qarşı tərəfdən müsbət cavab ala bilməyib. Belə ki, 34 yaşlı çərçivə qoruyucusu "qalaktikos"a qayıtmaq istəmədiyini bildirib. Kasilyas hazırkı komandası "Porto"da özünü rahat hiss etdiyini deyib.

Qeyd edək ki, "Real"ın yetirməsi olan Kasilyas 1999-2015-ci illər ərzində "kral klubu"nun formasını geyinib. Ötən il "Porto"ya keçən ispaniyalı futbolçu yeni komandasında bu vaxta qədər 20 oyun keçirib. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR