​BMT-dən İrana prinsip dərsi

​BMT-dən İrana prinsip dərsi
10:32 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

"Təhlükəsizlik Şurası belə hücumlardan narahat olduğunu bildirərək, İran hakimiyyətini diplomatik və konsulluq mülkiyyəti, onun şəxsi heyətini qorunmağa, eləcə də bu sahədə beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır".

Report TASS-a istinadən xəbər verir ki, bu haqda BMT Təhlükəsizlik Şurasının (TŞ) Səudiyyə Ərəbistanının İrandakı səfirlik və konsulluğuna hücumu pisləyən bəyanatında bildirilib.
Bəyanatda 1961 və 1963-cü illərdə qəbul edilmiş Vyana konvensiyasındakı diplomatik və konsulluq binalarının toxunulmazlığı prinsipləri də İrana xatırladılıb.

BMT TŞ Səudiyyə Ərəbistanı və İranı aralarındakı gərginliyi azaltmağa çağırıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR