İtkin neftçilərin meyitini iş yoldaşları tanıyıb

İtkin neftçilərin meyitini iş yoldaşları tanıyıb
10:34 5 Yanvar 2016
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Neftçilər bu gün dəfn ediləcək

Yanvarın 3-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçilərin meyiti dünən axşam Bakıya gətirilib. Lent.az-ın məlumatına görə, dekabrın 4-də axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən güclü yanğın zamanı itkin düşən Quliyev Əzizağa Nöhbala oğlu (16.09.1953) və Abdullayev Adil Ələkbər oğlu (19.02.1953) bu gün dəfn ediləcəklər.

 

Lent.az-ın məlumatına görə, dünən Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsində istintaq qrupu ilə birgə cəsədlərin tanınması üçün məlum hadisə zamanı  xilas edilmiş digər neftçilər də yola düşüblər. Onlar istintaqçılarla birgə Türkmənistanın Kiyanlı limanında saxlanılan neftçilərin meyitinə baxış keçiriblər və iş yoldaşlarını tanıyıblar.

 

 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227491

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR