Astara rayonunda ölümlə nəticələnən qəza törədib qaçan sürücü tutulub

10:38 5 Yanvar 2016
9 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Astara rayonunun Şahağacı kənd sakini, 1988-ci il təvəllüdlü Zamir Həsənovun yanvarın 2-də saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində ölməsi faktı ilə bağlı Astara Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Lənkəran rayonunun Digah kənd sakini, 1967-ci il təvəllüdlü İzzət Cəfərov etibarnamə əsasında idarə etdiyi “Daimler Chrysler 308D” markalı 42-BK-492 dövlət qeydiyyat nişanlı mikroavtobusla Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən piyada Zamir Həsənovu vurub hadisə yerindən qaçıb.
Astara Rayon Polis Şöbəsi və prokurorluğun həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli bilinən İ. Cəfərov yanvarın 3-də tutulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Astara_rayonunda_olumle_neticelenen_qeza_toredib_qachan_surucu_tutulub-916092

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR