ATƏT PA-nın baş katibi vəzifə səlahiyyətlərinin icrasına başlayıb

ATƏT PA-nın baş katibi vəzifə səlahiyyətlərinin icrasına başlayıb
10:47 5 Yanvar 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Roberto Montella ATƏT Parlament Assambleyasının (PA) baş katibi postunda vəzifə səlahiyyətlərinin icrasına başlayıb. "Report" xəbər verir ki, bu barədə ATƏT PA-nın mətbuat xidməti məlumat verib.
Roberto Montella (İtaliya) ötən ilin iyul ayında Assambleyanın illik sessiyasında ATƏT PA-nın baş katibi seçilib. O, bu postda Oliver Spenseri əvəz edib.
Qeyd edək ki, ATƏT PA-nın baş katibi 5 il müddətinə seçilir və iki dəfə seçilmək hüququna malikdir.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/atet-pa-nin-bas-katibi-vezife-selahiyyetlerinin-icrasina-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR