Bakı. Trend:
Beyləqan rayonu, Birinci Şahsevən kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən veridiyi məluamat görə, evin yanar konstruksiyaları və əşyalar yanıb. Yanğın zamanı 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bizi Twitter-dən izləyin: @trend_az