Ərəblər İranla iqtisadi əlaqələri dayandırır

Ərəblər İranla iqtisadi əlaqələri dayandırır
11:09 5 Yanvar 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı ilə İran arasındakı böhran getdikcə dərinləşir. Lent.az-ın məlumatına görə, rəsmi Tehranla diplomatik əlaqələri kəsən ərəblər İrana qarşı iqtisadi sanksiyaları da işə salır.

 

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr “Reuters”ə açıqlamasında deyib ki, İranla bütün ticari əlaqələr kəsilib. İran-Səudiyyə Ərəbistanı ilə İran arasındakı uçuşlar da artıq qadağan edilib, həmçinin, Səudiyyə vətəndaşlarının bu ölkəyə səfərləri də yasaqlanıb.

 

Ərəblər öz hava məkanlarını İranın təyyarələri üçün bağlayacaq. Amma İran vətəndaşlarının bu ölkəyə səfərlərinə qadağa qoyulmayacaq və iranlı zəvvarların Səudiyyə Ərəbistanındakı müqəddəs məkanları ziyarət etməsinə şərait yaradılacaq.

 

Qeyd edək ki, bir neçə gün əvvəl şiə din xadimi Şeyx Nimr Bəkir əl-Nimrin də aralarında olduğu 47 nəfərin edam edilməsindən sonra İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlər kəskinləşib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR