Mətanət İsgəndərli plastik əməliyyat etdirib: "20 kiloqram arıqlamışam"

Mətanət İsgəndərli plastik əməliyyat etdirib:  "20 kiloqram arıqlamışam"
11:16 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat etdirib.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişində uğursuz əməliyyatından danışıb:

“Həmişə deyirdim ki, çalışacam əməliyyat etdirməyim. Amma məcbur oldum. Ay yarım bundan əvvəl gözətrafımda əməliyyat etdirdim. Torbalar məni incidirdi. Makiyaj edəndə ağrı verirdi. Həkim deyib ki, hələ 4 aya tam sağalacaq. Neçə il bundan əvvəl qeyri-peşəkar kosmetoloq mənə demədən gözümün altına gel vurmuşdu. Bu da məndə problem yaratmışdı”.

M.İsgəndərli arıqlamasından da bəhs edib:

“20 kiloqram arıqlamışam. Ac da qalmamışam, əməliyyat da etdirməmişəm. Hər gün 10 kilometr açıq havada gəzirdim. Evdə isə 2 saat trenajorla məşğul oluram”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR