Azərbaycanda ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların sayı açıqlanıb

Azərbaycanda ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların sayı açıqlanıb
11:22 5 Yanvar 2016
19 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Keçən il Azərbaycanda ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, 2015-ci ildə ovçuluq təsərrüfatlarında olan xəzli heyvanların ümumi sayı 146 163 baş olub.
Ovlanması üçün icazə verilən xəzli heyvanlardan sayına görə birinci yerdə çaqqal durur. Belə ki, keçən il üçün 39 146 çaqqalın ovlanmasına icazə verilib.
Sonrakı yerlərdə dovşan (33 240 baş), tülkü (19 662), canavar (17 640), qunduz (12 190), vəhşi pişiklər (7 760), porsuq (6 793), yenot (4 990), dələ (3 380), sincab (960), qonur ayı (402) qərarlaşıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR