Yeni “Wi-Fi” standartı təsdiq edilib

Yeni “Wi-Fi” standartı təsdiq edilib
11:36 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

“WiFi Alliance” təşkilatı “Wi-Fi 802.11ah” (“Halow”) rabitə standartını rəsmən təsdiq edib.
 
“ICTnews” elektron xəbər xidməti “itc.ua” resursuna istinadən yazır ki, yeni rabitə standartı indiki ilə müqayisədə simsiz rabitə siqnalının radiusunu iki dəfə artırmağa imkan verəcək. Bu halda yeni standart siqnalın divarın digər tərəfinə daha yaxşı ötürülməsini təmin edir  və bu zaman daha az enerji sərf edilir.
 
 
 “WiFi Alliance” təşkilatının nümayəndəsi bildirib ki, “HaLow” rabitə standartı mövcud “Wi-Fi” protokollarından geniş istifadə edəcək ki, bu da təhlükəsizlik səviyyəsini təmin edəcək. Həmçinin bildirilib ki, bir çox yeni qurğular, məsələn, routerlər  mövcud tezlik diapazonlarında (2,4 və 5 QHs) işləyəcək.

Emil Hüseynov
 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR