​Azərbaycanda əhalinin daha çox hansı növ ət məhsulundan istifadə etdiyi açıqlanıb

11:42 5 Yanvar 2016
14 Sosial
Ölkə mətbuatı
A- A+

"Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2014-cü ildə Azərbaycanda 291 189 ton bütün növ mal-qara və quş əti (ət məhsulları da daxil olmaqla) istehsal olunub.
Həmin il 314 201 ton ət ərzaq məhsulu kimi istifadə edilib.
2013-cü ildə Azərbaycanda 120 799 ton, 2014-cü ildə isə 122 370 ton mal əti istehsal olunub.
Ərzaq məhsulu kimi isə müvafiq olaraq 2013-cü ildə 139 345, 2014-cü ildə isə, 139 353 ton mal əti istifadə olunb.
Ölkədə qeyd olunan illərdə 70 926 və 68 760 ton qoyun və keçi əti istehsal edilib.
Həmin illərdə 72 086 və 70 176 ton qoyun və keçi əti ərzaq məhsulu kimi istifadə olunub.
2013-cü ildə 94 411, 2014-cü ildə 105 041 ton quş əti istehsal edilib.
Müvafiq olaraq 95 445 və 2014-cü ildə 100 741 ton quş əti ərzaq məhsulu kimi istifadə olunub. 

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-ehalinin-daha-cox-hansi-nov-et-mehsulundan-istifade-etdiyi-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR