2015-ci ildə Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 19 milyard kubmetrə çatıb

2015-ci ildə Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 19 milyard kubmetrə çatıb
11:53 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, Nihad Budaqov, AZƏRTAC
2015-ci ildə Azərbaycanda əmtəəlik təbii qaz hasilatı 2014-cü illə müqayisədə 0,2 milyard kubmetr artaraq 18,9 milyard kubmetr olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident Rəhman Qurbanov “naturalgaseurope.com”a müsahibəsində məlumat verib. O bildirib ki, keçən il “Şahdəniz” yatağından təbii qaz və “Azəri-Çıraq-Günəşli” yataqlarından isə səmt qazın hasilatı artıb. 2015-ci ildə “Şahdəniz” yatağından 9,9 milyard kubmetr əmtəəlik təbii qaz hasil olunub. Azərbaycanda isə ümumilikdə qaz hasilatı 29,4 milyard kubmetrə çatıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2015_ci_ilde_Azerbaycanda_emteelik_tebii_qaz_hasilati_19_milyard_kubmetre_chatib-916116

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR