"Kəpəz" Bolqarıstan millisinin müdafiəçisi ilə maraqlanır

"Kəpəz" Bolqarıstan millisinin müdafiəçisi ilə maraqlanır
12:07 5 Yanvar 2016
24 İdman
Ölkə mətbuatı
A- A+

Bolqarıstan milli komandasının müdafiəçisi Aleksandr Aleksandrov karyerasını Azərbaycanda davam etdirə bilər.


Fanat.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, 29 yaşlı futbolçu ilə “Kəpəz” maraqlanır. Ancaq futbolçunun Türkiyənin “Mersin İdmanyurdu” klubuna keçməsi də gözlənilir. Son olaraq “Ludoqorets”də çıxış edən A.Aleksandrov bu klubla yollarını ayırıb. Bu səbəbdən də futbolçu hazırda azad agent statusu daşıyır.


Qeyd edək ki, A.Aleksandrov Bolqarıstan yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Sofiyada Azərbaycan millisinə qarşı oyunda iştirak edib.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR