Qəzet kimi bükülən displey

Qəzet kimi bükülən displey
12:17 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

2014-cü ildə LG şirkətinin nümayəndəsi bildirmişdi ki, qəzet kimi bükülən 18 düymlük OLED displey yaradıb.

Milli.Az xeberler.az-a  istinadən xəbər verir ki, artıq sözügedən şirkət ultra nazik displeyini CES beynəlxalq istehlak sərgisində ictimaiyyətə nümayiş etdirməyə hazırdır.

Cənubi Koreya şirkəti sərgi çərçivəsində bir çox yeniliklərini təqdim etməyi planlaşdırır. Məsələn, diametri 3 sm, təsvir ölçüsü 1200x810 piksel təşkil edən dairəvi OLED displeyin nümayiş etdiriləcəyi də gözlənilir. Belə displeylər futuristik (müasir-mütərəqqi) qurğuların hazırlanmasını mümkün edəcək.
 
Bundan başqa, LG şirkəti televizor üçün kağız kimi nazik 55 düymlük OLED displeyini təqdim etməyi planlaşdırır. Həmçinin displeyin hər iki tərəfindən tamamilə fərqli təsvirlərin göstərilməsinə imkan verən yeni  displey də  nümayiş etdirilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/395367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR