Qazax xəngəlinin fərqli ləzzəti... - FOTO

Qazax xəngəlinin fərqli ləzzəti... - FOTO
12:17 5 Yanvar 2016
33 Sosial
Ölkə mətbuatı
A- A+

Soyuq, qarlı havada ləzzətlə yeyilən yeməklərdən biri də xəngəldir. Qazaxda bu yeməyi beçə və qurudla hazırlayırlar.

Kəpəz TV-yə (Region TV) verilən xəbərə görə, Qazaxın Fərəhli kənd sakinləri uzun illərdir ən dəyərli qonaqları üçün bu yeməyi bişirirlər. Xəngəl bişirilməzdən əvvəl ona qatılacaq qurud əzilir, daha sonra xəmiri yoğurulur. Su ilə yanaşı, xəngəlin dağılmaması üçün xəmirə yumurta da vurulur. Odunla qalanan ocaqda bişən milli yemək daha dadlı olur. Bir qədər əziyyət tələb edən xəngəl iri qablara çəkiləndən sonra üstü qovurma ilə bəzədilir. Kənd beçəsi, quzu əti, qızardılmış soğan xəngələ xüsusi dad verir. 
Qazaxda bişən xəngəlin digərlərindən fərqi ona kartofun vurulmamasıdır. Bölgədə havalar soyuyub, qar yağmağa başlayan kimi, demək olar, bütün həyətlərdə iri xəngəl qazanları ocağın üstündə qaynayır. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/395357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR