Bolqarıstan Azərbaycan qazına ümid edir

Bolqarıstan Azərbaycan qazına ümid edir
12:18 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Bolqarıstan "Balkan" qaz anbarı layihəsinin sayəsində Cənub-şərqi və Mərkəzi Avropa üçün əsas tranzit ölkə olmaq niyyətindədir. "Balkan" qaz anbarını Qara dənizin Varna şəhəri yaxınlığında tikmək və onu, həmçinin Azərbaycan qazı ilə doldurmaq planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə "Deutsche Welle" Bolqarıstanın Baş naziri Boyko Borisova istinadən xəbər verir.

Onun sözlərinə görə, Bolqarıstan hökumətu bu məqsədə çatmaq üçün bütün qüvvəsindən istifadə edəcək.

Məlumatda deyilir ki, layihəyə əsasən, anbara qaz Azərbaycan, Rusiya, Türkmənistandan, eləcə də Rumıniya və Bolqarıstan yataqlarından daxil olmalıdır: "Layihə və onun maliyyə planını Bolqarıstan hökuməti ilə Avropa Komissiyası birgə hazırlayır".

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR