Bakıda 19 yaşlı oğlan qətlə yetirildi

Bakıda 19 yaşlı oğlan qətlə yetirildi
12:19 5 Yanvar 2016
38 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Bakıda qətl törədilib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Rayonun Binəqədi qəsəbəsi “DSK” yolunun üstündə üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb.

 

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Murad Hüseynov olması müəyyənləşib.

 

İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ. Əhmədov M. Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R. Ağayev xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227517

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR