Gürcüstan Azərbaycana qazına alternativ tapdı

Gürcüstan Azərbaycana qazına alternativ tapdı
12:26 5 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstan tərəfi İrandan qaz alınması barədə danışıqların aparıldığını təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, Gürcüstanın Energetika Nazirliyinin açıqlamasında bildirilir ki, danışıqlar aparılsa da İran tərəfi ilə təbii qazın satışına dair razılaşma mövcud deyil.

"Mətbuatda İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qazın çatdırılmasına başlaması ilə bağlı xəbərlər yayılıb. Amma hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı razılıq mövcud deyil və məsələ hələ də həll olunmayıb", - deyə nazirlikdən bildirilib.

İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistan sərhədinədək çatdıracaq, Gürcüstan isə qazı Ermənistanla sərhəddə almalıdır.

İran rəsmisi bildirib ki, Gürcüstana qaz Avropaya çatdırılmaq üçün deyil, ölkənin ehtiyaclarının qarşılamaq üçündür.

Gürcü ekspertləri isə böyük həcmdə İran qazının Gürcüstana çatdırılması imkanına şübhə ilə yanaşırlar. Onlar bunu ölkələr arasında qaz ixracını həyata keçirəcək üçün infrastruktur olmaması ilə izah edirlər.

Ekspert Giya Xuxaşvili bildirir ki, bu gün hətta 300-500 mln. kubfut həcmində qazı Ermənistan ala bilmir.


Giya Xuxaşvili - ekspert


“Belə olan halda Gürcüstan İrandan qaz idxalını hansı texniki vasitələrlə həyata keçirə bilər. Ermənistandan İrana qaz tədarük edən borunun diametri, 700 millimetrdir. Bu boru Ermənistanda istilik-elektrik stansiyasını qazla təmin edə bilir. Gürcüstanın İrandan qaz alması üçün texniki imkanları yoxdur”.

Gürcüstanın İrandan qaz idxal etməsi barədə gizli danışıqlar ötən ilin sentyabr – noyabr aylarında ortaya çıxmışdı. Hazırda isə Gücüstanın qaz bazarında ən böyük pay SOCAR-a məxsusdur. Bu səbəbdən İran və Gücüstan arasında qaz alış verişi Azərbaycanın maraqlarına uyğun gəlmir. Qaz qalmaqalı böyüdüyü bir vaxtda Gürcüstanın baş naziri Azərbaycana, prezident İlham Əliyev isə Gürcüstana müxtəlif vaxtlarda səfərə etdi. Həmin vaxtda qaz qalmaqalı səngidi.


İran - Ermənistan - Gürcüstan arasında inşası nəzrədə tutulan qaz kəmərinin keçdiyi ərazilər


Amma İranın ABŞ və Avropa dövlətləri ilə nüvə razılaşması əldə etməsi onun regionda həyata keçirilən enerji layihələrində iştirakına şərait yaradır. Əgər İran – Ermənistan – Gürcüstan qaz xətti inşa edilərsə, bu Qafqazda Azərbaycanın kənarda qalacağı ilk enerji layihəsi olacaq. Amma gürcü ekspertlərinin sözlərinə inansaq bu çox uzunmüddətli layihədir və külli miqdarda maliyyə vəsaiti lazımdır. Ermənistanın isə buna imkanı olmadığı üçün layihəni özü təkbaşına həyata keçirə bilmir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368903

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR